Fransa Prezidenti Emmanuel Makron ABŞ Dövlət katibi Marko Rubio və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.

Əsas müzakirə mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi olub.

Makron ABŞ rəsmiləri ilə görüşdən əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr apardığını bildirib.

Qeyd olunur ki, tərəflər əsasən müharibənin dayandırılmasına yönəlmiş sülh danışıqlarını müzakirə ediblər. Digər müzakirə mövzusu isə martın 27-də Yelisey Sarayında görüşən Fransa və Böyük Britaniyanın sədrlik etdiyi “qətiyyətlilərin koalisiyası”nın işi olub.

Həmçinin digər aktual məsələlər, o cümlədən Avropa və ABŞ arasında tariflər, eləcə də Yaxın Şərqdə deeskalasiya müzakirə edilib.

Məlumatda qeyd edilir ki, görüşdə Makron, Rubio və Uitkoffdan başqa, Fransanın xarici işlər naziri Jan-Noel Barro və Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bonn da iştirak edib.

İstinadlar Report