“Orta ixtisas təhsili müəssisələrində bütün ixitsaslar üzrə ümumi orta müvəffəqiyyət göstəricisi əsasında qiymətlər çıxarılacaq və yekun attestasiya keçirilməyəcək”.

Bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bakalavr üzrə ali təhsil müəssisələrində ali baza və xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, digər ixtisaslarda da oxşar qayda tətbiq ediləcək:

“Yalnız xüsusi qabiliyyət tələb edən və ali tibb təhsili üzrə yekun attestasiyanın keçirilməsi nəzərdə tutulur. O cümlədən, magistraturada. Magistratura tədqiqatlara əsaslanan tədris pilləsidir.

Bu qaydalar yalnız bu il üçün qüvvədədir. Növbəti ildə isə şəraitə uyğun müvafiq qərarlar veriləcək”.

İstinadlar Qafqazinfo