“Yağ sarısı” (“butter yellow”) rəngi 2024-cü ilin yayının ən dəbli rəngi seçilib.

Bu haqda “New York Post” (NYP) yazı dərc edib.

Məlum olub ki, məşhurlar, o cümlədən dəb bloqçuları adıçəkilən rəngdə qarderob əşyaları geyinərək kütləvi şəkildə ictimaiyyət qarşısına çıxmağa başlayıblar. Onların arasında Heyli Biber, Emili Ratajkovski, Sabrina Karpenter və digər ulduzlar da olub.

Bu rəngli paltarlar artıq “Abercrombie”, “Reformation”, “Artizia” və “Sezane” kimi brendlərin çeşidində təqdim olunur. 

İstinadlar Qafqazinfo