“Azərbaycanda televiziya ekranlarında yayımlanan hind filmləri tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, hind filmlərində təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır.

O, həmçinin Azərbaycan filmlərində qayınanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib: “Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qayınana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”

M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: “Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır”.

İstinadlar Qafqazinfo