Bakının Xəzər rayonunda 26 yaşlı qız itkin düşüb. 

Əslən Lerikdən olan Muxtarova İlahə Teymur qızı iyunun 7-si, 05:45 radələrində yaşadığı Südçülük Savxozu ərazisindəki evindən çıxıb və indiyədək geri qayıtmayıb.

İ.Muxtarovanın əlamətləri bunlardır: Boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngindədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.

Onun barəsində məlumatı olanlardan  Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02 və 055-250-85-05 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İstinadlar Qafqazinfo