“Talış və Soquvuşan qəsəbələrinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir”.

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib: “Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdıırlır. Biz buna nail olacağıq”.