
Polşa öz vətəndaşlarını Livandan təxliyə etmək qərarına gəlib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski məlumat verib.
“Livanda vəziyyət çox gərgindir. İsrail quru qoşunları əməliyyatına başlayıb. Ən azı onlarla vətəndaşımız ölkəyə qayıtmağı gözləyir. Onlar yaxın günlərdə Polşaya gələcəklər”, – mətbuat katibi bildirib.
O qeyd edib ki, söhbət Livanda polyaklardan ibarət mütəşəkkil qruplardan getmir.