“İşğaldan azad edilmiş ərazilərdə karbon neytrallığına nail olmaq bizim hədəfimizdir”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkənin strateji sənədlərində və dövlət proqramlarında bu yer alıb.

U.Tağıyeva əlavə edib ki, son zamanlar iqlim dəyişmələri nəticəsində bütün ölkələrdə təbii fəlakətlər yaşanır: “Noyabr ayında qonşu ölkələrdə müşahidə olunanlar da bunun nə dərəcədə vacib olduğunu göstərir. Ölkələrin iqtisadiyyatları itki ilə üzləşir. Yaxın gələcəkdə iqlim dəyişikliklərinin artacağı proqnozlaşdırılır”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo