Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib.

“Qafqazinfo” xəbər  verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edərkən bildirib.

O qeyd edib ki, bütün valyutalarda olan hesablarına ümumilikdə bu günə qədər Fonda 73 781 435,79 manat vəsait daxil olub: “Hazırda 12 mln manatdan çoxu Fondun balansında qalıb. Xərclənən vəsaitdən 36 892 200.00 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 346.40 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 336 540.51 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 339 670.95 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub”.

Eldar Tanrıverdi 

 

İstinadlar Qafqazinfo