“Bu gün Can Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının, qardaşlarımızla yenidən qovuşmağımızın 30-cu ildönümüdür”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz rəsmi tviter hesabında yazıb.

“Kədərdə və sevincdə hər zaman birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, – deyə Çavuşoğlu qeyd edib.