Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov vəzifəsindən ayrılıb.
Bu barədə jurnalist özü məlumat verib.
O, öz ərizəsi ilə işdən ayrıldığını bildirib.
Qeyd edək ki, Y.İsakov 6 il idi nazirliyin şöbə müdiri və mətbuat katibi idi. Əvvəllər bir sıra qəzet və saytlarda işləyən Y.İsakov daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətlərinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində də çalışıb.