Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir.
Bunu Qətərə səfəri çərçivəsində oradakı türk hərbçilərlə görüşən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, Türkiyənin Hərbi Hava Qüvvələri əhəmiyyətli tapşırıqları uğurla yerinə yetirir: “Hürkuş”, “Hürjet”, “Gökbek”, “Kızılelma”, “Kaan” kimi texnikalar bizim hava platformasındakı uğurlarımızın göstəricisidir”.