“Azərbaycanın antiterror tədbirləri nəticəsində bir gündə Qarabağda bütün mənzərə dəyişdi”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milləyət”ə müsahibəsində deyib.
O bildirib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi: “Amma belə olmadı. Ermənilər son vaxtlar, demək olar, hər gün təxribat törədirdilər. Xəbərdarlıqlara rəğmən, Ermənistanın ritorikasında nə isə dəyişmədi. Nəticədə 44 günlük müharibədə olduğu kimi, azərbaycanlı qardaşlarımız qarşı tərəfə layiqli cavabı verdi”.