Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal bələdiyyəsi rayonun müxtəlif ərazilərində agacəkmə aksiyası keçirib.

Aksiya çərçivəsində Yasamal rayonunun Mətbuat prospekti, Əsəd Əhmədov küçəsi, 52 nömrəli tam orta məktəbin həyəti və digər ünvanlarda müxtəlif növ ağaclar əkilib. Eyni zamanda qurumuş ağaclar yeniləri ilə əvəz edilib, onlara texniki xidmət göstərilib.

Aksiyada Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları fəal iştirak ediblər.




İstinadlar Qafqazinfo