Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə bir neçə saat öncə Yasamal rayonunda, banklardan birinin qarşısında baş verib.

Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-cü il təvəllüdlü Əlirza Babazadəni vurub. Hadisə nəticəsində ağır xəsarət alan A.Babazadə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol ayağından xəsarət alıb və 3-cü qrup əlildir. Avtomobili idarə edərkən ayağından ağrılar başladığı üçün idarəetməni itirib. C.Cəfərli Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə təqdim edilib.

İstinadlar Qafqazinfo