AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Aİ-nin ən bədbəxt ölkəsi seçildi
  • Çin sahil mühafizəsi Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edib
  • Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır
  • Sumqayıtda 42 yaşlı usta itkin düşüb
  • Çili prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb
  • Peruda sərnişin avtobusu aşıb, ölənlər var
  • Bakı-Sumqayıt yolunda ağır qəza olub, azı dörd nəfər xəsarət alıb
  • ABŞ-da tornado nəticəsində bir neçə nəfər ölüb
  • Respublikaçılar Ukraynaya maliyyə yardımı paketi ilə bağlı şərt qoyub
  • Venesuela ərazi münaqişəsi ilə bağlı Qayana ilə yüksək səviyyəli danışıqlar aparacaq
  • Aİ-nin ən bədbəxt ölkəsi seçildi
  • Çili prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb
  • Bolqarıstan sakinləri Avropadakı həyatlarından razı deyillər
  • İsrail Qəzzada ən azı 7 min radikalın öldürüldüyünü bildirib
  • Avropa İttifaqı süni intellektlə bağlı dünyada ilk qaydalar toplusu hazırlayacaq
  • BƏƏ Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb
  • Hakan Fidan: “Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir”
  • Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi – VİDEO
  • Bu müəllimlərin vəzifə maaşına əlavələr edildi
  • Hindistan təhlükəsizlik qüvvələri İŞİD-çiləri həbs edib
  • “Azərbaycanın COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir” – RƏY
  • Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb
  • Muxtar Babayev BMT-nin Sessiyasında çıxış etdi
  • “Toyuq korluğu” xəstəliyinin qarşısını alan əməliyyat icra olunub – Azərbaycanda ilk
  • Elin Süleymanov “COP-29″un keçirilməsi barədə: “Bakının böyük təcrübəsi var”
  • ABŞ-nin Azərbaycana təyin olunmuş yeni səfiri: “Biz bu regionda davamlı sülh üçün çalışacağıq”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Yasamalda narkotikə görə 61 nəfər saxlanılıb – VİDEO
25/11/2022 14:29
Moskvada küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü müsbət qarşılanıb – VİDEO
10/12/2023 00:59
Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi – VİDEO
09/12/2023 22:11
İyirmi nəvə, iyirmi beş nəticə, iki kötücəli 99 yaşlı nənə… – Video
09/12/2023 21:14
8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi – Video
09/12/2023 05:29
Cari ilin 11 ayı ərzində görülən işlərin statistikası “Açıq qapı”da – Fotolar+Video
08/12/2023 22:02
Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? – VİDEO
06/12/2023 22:37
“Sanki mənsiz məni evləndirdilər” – Prezidentən maraqlı reaksiya+Video
06/12/2023 22:32
“Azərişıq” rəhbərliyi xarici şirkətlərin idarəçiləri ilə görüşdü – Video
06/12/2023 15:13
Bakı-Şamaxı yolunda “Mercedes” yandı – Video
06/12/2023 15:05
Şəhid atasının istəyi qış gəlmədən həll edildi – Video
06/12/2023 11:23
Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO
06/12/2023 10:18
Sədərək ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib – VİDEO
06/12/2023 10:15
Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO
05/12/2023 15:47
Qanunsuz tikililər söküldü – Video
05/12/2023 11:17
Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video
05/12/2023 05:35
Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət
04/12/2023 13:37

Video xəbərlər

  • Moskvada küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü müsbət qarşılanıb – VİDEO
  • Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi – VİDEO
  • İyirmi nəvə, iyirmi beş nəticə, iki kötücəli 99 yaşlı nənə… – Video
  • 8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi – Video
  • Bakıda sürücü sərnişinləri avtobusda qoyub taksi ilə getdi – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

10/12/2023
09:11 Aİ-nin ən bədbəxt ölkəsi seçildi
08:41 Çin sahil mühafizəsi Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edib
08:29 Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır
08:08 Sumqayıtda 42 yaşlı usta itkin düşüb
07:38 Çili prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb
07:05 Peruda sərnişin avtobusu aşıb, ölənlər var
06:38 Bakı-Sumqayıt yolunda ağır qəza olub, azı dörd nəfər xəsarət alıb
06:08 ABŞ-da tornado nəticəsində bir neçə nəfər ölüb
05:47 Respublikaçılar Ukraynaya maliyyə yardımı paketi ilə bağlı şərt qoyub
05:02 Venesuela ərazi münaqişəsi ilə bağlı Qayana ilə yüksək səviyyəli danışıqlar aparacaq
04:23 Yaponiyada rüşvətə görə siyasi elitada ciddi kadr dəyişikliyi olacaq
03:56 Bolqarıstan sakinləri Avropadakı həyatlarından razı deyillər
03:20 İsrail Qəzzada ən azı 7 min radikalın öldürüldüyünü bildirib
02:53 Almaniyanın şərqində qaçqınların yerləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib
01:26 İsrail ABŞ-ın Qəzza ilə bağlı BMT Təhlükəsizlik Şurasında mövqeyini dəstəkləyib
00:59 Moskvada küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü müsbət qarşılanıb – VİDEO
00:23 İsrailin Baş Qərargah rəisi: “HƏMAS-ın dağılması əlamətləri müşahidə edilir”
00:05 Bakıda bir ailənin 2 üzvünü avtomobil vurub 
09/12/2023
23:44 Avropa İttifaqı süni intellektlə bağlı dünyada ilk qaydalar toplusu hazırlayacaq
23:32 İran nüvə sazişinin köhnəlməsi ilə bağlı xəbərdarlıq edib
23:11 BƏƏ Azərbaycan ilə Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb
23:08 Gəncədə 34 yaşlı qadın intihar etdi
22:49 Toyda dava düşdü, iki nəfər bıçaqlandı
22:47 İsrail “Hizbullah”ın komanda mərkəzinə hava zərbələri endirib
22:41 Hakan Fidan: “Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişini dəstəkləyir”
22:35 Gəncədə mənzildə meyit tapılıb
22:23 Göygöl sakini toyda bıçaqlanıb 
22:11 Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi – VİDEO
21:50 Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
21:41 BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib
21:38 ABŞ İsrailə 14 minə yaxın tank mərmisi satacaq
21:29 Bu müəllimlərin vəzifə maaşına əlavələr edildi
21:14 İyirmi nəvə, iyirmi beş nəticə, iki kötücəli 99 yaşlı nənə… – Video
21:05 Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb
20:53 Yəmən husiləri İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar
20:47 Hindistan təhlükəsizlik qüvvələri İŞİD-çiləri həbs edib
20:26 Hakan Fidan Blinken ilə Qəzzaya yardımı müzakirə edib
19:53 Abşeronda yol qəzasnda bir nəfər ölüb
19:28 Azərbaycanda iki məktəbdə yanğın olub
19:26 Cəlilabadda yol qəzası olub, iki qadın xəsarət alıb 
19:08 Türkiyənin milli müdafiə naziri İranın yeni səfirilə görüşüb
18:47 Oğuzda avtomobil aşıb, xəsarət alanlar var
18:44 “Azərbaycanın COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir” – RƏY
18:35 Rusiya XİN Ukrayna ilə sülh üçün şərtləri açıqlayıb
18:29 Qubada tullantıları tutumlardan kənara atan şəxslər aşkarlanıb
18:26 Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb
18:23 Muxtar Babayev BMT-nin Sessiyasında çıxış etdi
18:08 İsveçdə azərbaycanlı tələbə və məzunların III sosial yığıncağı keçirilib
17:35 “Toyuq korluğu” xəstəliyinin qarşısını alan əməliyyat icra olunub – Azərbaycanda ilk
17:08 Elin Süleymanov “COP-29″un keçirilməsi barədə: “Bakının böyük təcrübəsi var”
16:53 ABŞ-nin Azərbaycana təyin olunmuş yeni səfiri: “Biz bu regionda davamlı sülh üçün çalışacağıq”
16:41 Yol polisi piyadaları qaranlıq vaxtı əlvan və işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etməyə çağırıb
16:35 10-cu sinif şagirdi məktəbdə bıçaqlandı
16:29 “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir”
16:20 Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı
16:08 Prezident İlham Əliyev Keniyanın milli bayramını təbrik edib
16:05 Bakı COP29-a ev sahibliyi edəcək
15:35 TƏBİB qızılcaya yoluxan şəhid qızı ilə bağlı məlumat yaydı
14:50 Qırğızıstan bayrağındakı Günəşin günəbaxana oxşaması problem yaratdı – Ölkədə etirazlar başladı
14:44 Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Yasamalda narkotikə görə 61 nəfər saxlanılıb – VİDEO

Hadisə 25/11/2022 14:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi, həmçinin ərazi şöbə və bölmələri tərəfindən oktyabr-noyabr ayları ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirib ki, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və psixotrop maddələr çıxarılıb.

Aşkar edilən faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

“Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Moskvada küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü müsbət qarşılanıb – VİDEO

Multimedia 10/12/2023 00:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev Rusiyanın paytaxtı Moskva şəhərində küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü ilə çıxış edib.

Millət vəkili təklifini dekabrın 8-də Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci iclasında səsləndirib.

E.Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib.

“Heydər Əliyev dünya miqyasında tarixi şəxsiyyətdir. Bildiyiniz kimi, 1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Onun SSRİ sənayesinin və iqtisadiyyatının inkişafına verdiyi töhfəni qiymətləndirmək çətindir.

Bu gün Rusiyada Heydər Əliyevi ehtiramla yad edirlər. Axı Heydər Əliyev ən məhsuldar illərini Moskvada keçirib və yaradıb. Mən Moskvanın küçələrindən birinə Heydər Əliyevin adının verilməsi məsələsi ilə bağlı təşəbbüs göstərmək istərdim”.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin bu təşəbbüsü müsbət qiymətləndirib.

Oxumağa dəyər:   Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır

“Biz bu məsələni mütləq nəzərə alacağıq. Moskvadan olan həmkarlarımızla, senatorlarla, şəhər hökuməti ilə birlikdə bu məsələnin üzərində işləyəcəyik və hüquqi baxımdan əhəmiyyətli tədbirlər görəcəyik. Biz bu məsələni həll etmək üçün parlament potensialımızdan istifadə edəcəyik”.

Daha ətraflı Baku TV-nin süjetində:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi – VİDEO

Multimedia 09/12/2023 22:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Loru mahalının, Barana (Noyemberyan) rayonunun Ləmbəli (Baqrataşen) kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Ləmbəli kəndinin etnoqrafiyası, toponimi, tarixi, əhalisi, relyefi, iqlimi, adət-ənənələri, toyları və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ləmbəli Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noyemberyan) rayonunda kənddir və rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir. Əsasən Ayvazdar, Mürşüdlü tayfaları ilə tanınan bu yer “Ermənistan”ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü məkandır.

Qeyd olunub ki, erməni mənbələrində “Ləmbəli qyuğ” formasında qeyd edilir. Toponim “rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili” mənasında işlənən ləm və “düzənlik, açıqlıq, açıq yer”, “geniş düzənlik” mənasında işlənən pila/pala (bəli) sözlərinin birləşməsindən əmələ gəlib və relyeflə bağlı yaranan toponimdir. Qışı mülayim-orta, yayı nisbətən isti olur.

Oxumağa dəyər:   Prezident İlham Əliyev Keniyanın milli bayramını təbrik edib

Diqqətə çatdırılıb ki, azərbaycanlıların yığcam yaşadığı Ləmbəli kəndində Tona çayı üzərində körpü tağları mövcud olub. Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılıb.

Məlumat verilib ki, kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşayıb. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulublar. İndiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar geri qayıdıblar. 1922-ci ildə 783 nəfər, 1926-cı ildə 857 nəfər, 1931-ci ildə 1 034 nəfər, 1939-cu ildə 1 289 azərbaycanlı yaşayıb.

1948-1949-cu illərdə SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar Azərbaycana köçürülüb. Ləmbəlilər bu haqsızlığa qarşı çıxaraq, apardıqları mübarizə nəticəsində onlar geri – öz kəndlərinə qayıdıblar. 1988-ci ildə azərbaycanlılar tam qovularaq kənddə ermənilər yerləşdirilib.

Oxumağa dəyər:   Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Oxumağa dəyər:   Hindistan təhlükəsizlik qüvvələri İŞİD-çiləri həbs edib

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 9-da saat 19:30-da Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İyirmi nəvə, iyirmi beş nəticə, iki kötücəli 99 yaşlı nənə… – Video

Multimedia 09/12/2023 21:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Övladını küçəyə atan qadınlardan fərqli olaraq həyatın bütün çətinliklərinə sinə gərərək yaşamağı və yaşatmağı seçən ana ilə bağlı görüntülər yayılıb. 

Ctimai Televiziya sözügedən ana ilə həmsöhbət olub. 

Məlum olub ki, 99 yaşlı Salyan sakini Safura Axundovanın 20 nəvəsi, 25 nəticəsi, 2 kötücəsi var. 7 övlad sahibi olan S. Axundovanın səhhətindən şikayəti yoxdur. 

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi – Video

Multimedia 09/12/2023 05:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

8-ci kilometr bazarının bir hissəsində süd və süd məhsullarının satışı qadağan edilib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus həmin hissədə planlı yoxlama aparıb.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu müəyyən edilib. 

AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov bildirib ki, araşdırma zamanı həmçinin bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkar olunduğu üçün həmin yerdə süd və süd məhsullarının satışı qadağan edilib.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Cari ilin 11 ayı ərzində görülən işlərin statistikası “Açıq qapı”da – Fotolar+Video

Multimedia 08/12/2023 22:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

 “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçirilib.

Media nümayəndələri ilə görüşdə Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov və Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev mühüm məqamları jurnalistlərin diqqətinə çatdırıblar.

Teymur Cəfərov çıxışında cari il ərzində qazlaşdırılan və növbəti il qazlaşması nəzərdə tutulan kənd və yeni yaşayış massivlərinin sayını açıqlayıb.

Qurum rəsmisi cari ildə bu rəqəmin 150 olduğunu qeyd edərək növbəti ildə artaraq 170 olacağını vurğulayıb.

Teymur Cəfərov qazlaşdırılmayan kəndlərin isə sayının 900-ə yaxın olduğunu qeyd edib.

Şöbə rəisi bu ilin 11 ayı ərzində görülən işlər çərçivəsində 350 km müxtəlif diametrli borularla qaz xətlərinin çəkildiyini də media nümayəndələrinin diqqətinə çatdırıb.

Qurum rəsmisi cari ilin 11 ayı ərzində 11074 müraciətin daxil olduğunu bildirərək ötən ilin anoloji dövrü ilə müqayisədə azalmanın müşahidə edildiyini qeyd edib.

Ətraflı videoda:

Oxumağa dəyər:   Müdafiə naziri: "Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb"



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? – VİDEO

Multimedia 06/12/2023 22:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə zaman-zaman erməni hiyləgərliyinin qurbanına çevrilən, əhalisinin milli tərkibi və kəndlərinin adı dəyişdirilən Basarkeçər rayonu haqqında süjet hazırlanıb.

“Ağ genosid” siyasətinin qurbanı, əhalisi zorla çıxarılan məkan” adlı süjetdə iki əsrə yaxındır Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyən, türk dünyasını soyqırımı törətməkdə suçlamağa çalışan ermənilərin daim tarixi saxtalaşdırmaq metodunu seçib, silah və terror gücü ilə “dənizdən-dənizə” cəfəngiyatının baş tutması üçün ilk növbədə əhalinin tərkibini dəyişdirməyi həmişə ön plana çəkdiyi vurğulanır.

Bildirilir ki, Göyçə gölünün yaxınlığında yerləşən qədim yaşayış məskənində türk tayfaları eramızın 460-cı illərində məskunlaşıblar. Rayonun ərazisi bizim eranın əvvəllərindən XIX əsrin əvvəllərinə kimi Alban dövlətinin, sonralar ərəblərin, səlcuqların, qaraqoyunluların, ağqoyunluların, səfəvilərin, əfşarların, qacarların, XVIII əsrin ortalarından 1828-ci ilədək İrəvan xanlığının, 1828-ci ildən sonra çar Rusiyasının, 1918-1920-ci illərdə bir hissəsi Azərbaycan Demokratik Respublikasının, bir hissəsi isə daşnakların hakimiyyəti altında olub. 1930-1937-ci illərdə yeni inzibati-ərazi islahatı zamanı Yeni Bəyazid qəzası beş rayona bölünüb. Bu rayonlardan biri də azərbaycanlıların daha çox məskunlaşdığı Basarkeçər olub və Ermənistanın Çəmbərək, yəni indiki Krasnoselo, Aşağı Qaranlıq, yəni indiki Martuni, eləcə də Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd ərazidə yerləşib.

Oxumağa dəyər:   İtaliyada xəstəxanada baş verən yanğında 4 nəfər ölüb

Qeyd olunur ki, Göyçə mahalı ərazisində ən böyük rayon olan Basarkeçər 1930-cu il sentyabrın 9-da yaradılıb: “1969-cu il iyunun 11-dək Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 kvadrat kilometr, əhalisi isə 70 mindən çox olub. Tarix boyu azərbaycanlıların yaşadığı bu torpaqlara ermənilər XIX əsrin birinci rübündə, yəni çar Rusiyasının Cənubi Qafqazı işğal edəndən sonra gəlib. 1828-1830-cu illərdə Çar Rusiyası Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən 84 min erməni köçürüb. Bunun nəticəsində 1873-cü ildə Basarkeçərdə 3145 erməni peyda olub və tədricən azərbaycanlıların sıxışdırılmasına başlanılıb. Haylar 1918-1920-ci illərdə daim oğuz-türklərinə qarşı vəhşiliklər törədib, Basarkeçər rayonu ərazisinə hücum edib dinc əhalini amansızlıqla qətlə yetirib, 22 kəndii darmadağın edib, 8 kəndi yandırıblar. Nəticədə çox sayda azərbaycanlı yurdlarını tərk etməyə məcbur olub.

Diqqətə çatdırılır ki, 1931-ci ildə çar hökumətinin siyasətindən 100 il sonra Basarkeçərdə 12 662 erməni, 17 306 azərbaycanlı olub. 1948-1953-cü illərdə Basarkeçərdən azərbaycanlılar xaricdən köçürülən erməniləri Ermənistanda yerləşdirmək bəhanəsi ilə Azərbaycanın müxtəlif bölgələrinə köçürülüb.

Nəhayət “ağ genosid” siyasəti 1988-ci ilin oktyabrında da davam edib, Basarkeçərdən azərbaycanlılar zorla çıxarılıb və Azərbaycanın 31 bölgəsinə səpələnib. İndi burada təkcə ermənilər yaşayır. Rayonda mövcud olan kəndlərin hamısının adı bir neçə dəfə saxtalaşdırılıb. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə 50-dən çox tarixi yer adları dəyişdirilib.

Oxumağa dəyər:   Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır

Deyilir ki, Basarkeçər adının Vardenisə çevrilməsi növbəti erməni saxtakarlığıdır: “Lakin artıq hayların sonu olmayan bu hiyləgər siyasəti fiaskoya uğramaqdadır. Təbii ki, türklərə məxsus adları dəyişdirməklə ermənilər əzəli Azərbaycan torpağı olan Basdarkeçərdə əbədi məskən sala bilməyəcəklər. Çünki bu yurddan Miskin Abdalın və dədə Ələsgərin sazının səsi, xoş avazı gəlir.

Süjet Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il avqustun 17-də Kəlbəcər və Laçına səfəri zamanı dediyi sözlərlə yekunlaşır:

“Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, o bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır və Basaekeçər rayonu 1930-cu ildə Ermənistan ərazisində yaradılmışdır. Orada yaşayanların mütləq əksəriyyəti azıərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi. Deportasiyaya məruz qalmışlar.

Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir və bütün digər indiki Ermənistan ərazisində yerləşən qədim Azərbaycan yaşayış məntəqələri də öz əsl adları ilə çağrılmalıdır”.

Oxumağa dəyər:   Prezident İlham Əliyev Keniyanın milli bayramını təbrik edib

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Sanki mənsiz məni evləndirdilər” – Prezidentən maraqlı reaksiya+Video

Multimedia 06/12/2023 22:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib.

Dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib.

“Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” – deyə Prezident maraqlı reaksiyası verib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” rəhbərliyi xarici şirkətlərin idarəçiləri ilə görüşdü – Video

Multimedia 06/12/2023 15:13
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində “Azərişıq” ASC-nin rəhbərliyi bir sıra xarici şirkət rəhbərləri ilə görüşüb.

Görüşlər zamanı əsasən “Azərişıq” ASC-nin tətbiq etdiyi innovativ yeniliklər nəticəsində yaşıl enerji sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib.

Qeyd olunub ki, bu gün Azərbaycanda tətbiq olunan innovativ yeniliklər ənənəvi enerjidən yaşıl enerjiyə keçidi daha da sürətləndirir. 35/10/0,4 kV-luq üçpilləli sxemdən 35/0,4 kV-luq ikipilləli sxemə keçidlə Paylayıcı Elektrik Şəbəkələrinin topoqrafik sxemində gərginlik pilləsinin sadələşdirilməsi nəticəsində yaşıl enerji zonasında 6-10 kV-luq şəbəkələrin ləğvi ilə illik 42,5 milyon m³ təbii qaza qənaət edilir, həmçinin 102 min ton CO₂ (karbon dioksid) emissiyasının qarşısı alınır.

“Azərişıq” ASC tərəfindən “Yaşıl Enerji” mənbələrinin həyata keçirilməsi sayəsində bir yarımstansiyanın dam örtüyündə quraşdırılan mikro-Günəş Eleketrik Stansiyası illik istehsalı 40 min kilovatsaat təşkil edir. Bu da 1150 elektromobilin enerji təchizatına və ya 230 min km məsafəni qət etməyə imkan verir. Hər il bütün yarımstansiyalarda quraşdırılmış GES-dən alınan enerji ilə 48 mln. kilovatsaat elektrik enerjisi, 12 mln. kubmetr təbii qaza qənaət edilir.

Oxumağa dəyər:   Hindistan təhlükəsizlik qüvvələri İŞİD-çiləri həbs edib

“Azərişıq” ASC tərəfindən Rəqəmsal Yarımstansiyanın həyata keçirilməsi ilə Sadələşdirilmiş sistem təsvirləri və mobil 3D texnologiyasından istifadə etməklə mühəndislik səyləri azaldılır. Məsafədən işəsalma və sınaqdan keçirmə daha sürətli və asan olur. Həmçinin, “Azərişıq” ASC-də kabel və hava elektrik verilişi xətləri də daxil olmaqla, şəbəkə elementlərinin texniki vəziyyətinin qiymətləndirilməsi üçün xüsusi təyinatlı pilotsuz uçuş aparatlarından – PUA-dan istifadə edilməsi qəza yerlərinin müəyyən olunmasına şərait yaradır.

“Azərişıq” ASC tərəfindən ənənəvi metal konstruksiya əvəzinə 35-0,4 kV kompozit dirəklər quraşdırılır. Şüşə lifli kompozit dirəklər ildırım vurması, gövdəyə cərəyan sızması hallarında uzun məsafəli kabel xətlərində ənənəvi metal və dəmir-beton dirəklərdən daha yaxşı dielektrik xüsusiyyətlərə malikdir. Fiberglas kompozit dirəklər sərt iqlim və ərazi şərtlərində, buz, donma-ərimə dövrlərində və dağlıq ərazilərdə yaxşı dözür. Həmçinin çəkisinin aşağı olması onların çətin ərazilərə daşınmasını asanlaşdırır. Elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, təhlili və planlaşdırılmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün paylayıcı şəbəkələrdə İnformasiya Texnologiyalarının tətbiqi sahəsində müasir tendensiyalardan biri olan 3D – mobil xəritəçəkmə texnologiyası da artıq istifadəyə verilib.

Oxumağa dəyər:   Prezident İlham Əliyev Keniyanın milli bayramını təbrik edib

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı-Şamaxı yolunda “Mercedes” yandı – Video

Multimedia 06/12/2023 15:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”-ya verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı 77-JE-022 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid atasının istəyi qış gəlmədən həll edildi – Video

Multimedia 06/12/2023 11:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Oğuz rayonundan olan Vətən müharibəsi şəhidi Elşən Nurəliyevin atası SOCAR-ın “Azəriqaz” İB-yə müraciət ünvanlayıb.

Rövşən Nurəliyev müraciətində fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin yaşadığı fərdi yaşayış evi qazlaşdırılaraq sayğacla təmin edilib.

Ətraflı:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO

Hadisə 06/12/2023 10:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə “qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 45 gündə Bakı və Respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlayıb. Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb. Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

Oxumağa dəyər:   Bakıda vətəndaşlardan 38 min manatlıq qızıl-zinət oğurlayanlar saxlanılıb

Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçirib. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sədərək ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib – VİDEO

Hadisə 06/12/2023 10:15
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) iştirakı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində təlim keçirilib.

Təlimin məqsədi yanğın texnikalarının “şərti yanğın” həyəcan siqnalı ilə obyektlərə, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi, eyni zamanda müəssisənin yanğın təhlükəsizliyinə məsul əməkdaşlarının, orada işləyən şəxslərin maarifləndirilməsi olub.

Təlim zamanı “Həyəcan” siqnalı verildikdən sonra DYMX-nin və ticarət mərkəzinin aidiyyəti yanğın avtomobilləri “şərti” yanğın yerinə yaxınlaşa bilməyiblər. Buna səbəb isə ticarət sıralarının keçid yollarında qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması, obyektlərin giriş hissələrində satış üçün nəzərdə tutulmuş malların yerləşdirilməsi olub.

Oxumağa dəyər:   Bakı-Sumqayıt yolundakı ağır qəzada 6 nəfər yaralanıb, 4-nün vəziyyəti ağırdır

Həmçinin, təlim zamanı ticarət mərkəzində qəza-işıqlandırma sisteminin olmadığı, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, daxili yanğın su kranlarının önünün ticarət malları ilə tutulduğu, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi, ərazidə saxlanılan avtomobillər arasında yanğına qarşı ara məsafələrinin gözlənilmədiyi müəyyən edilib. Eyni zamanda, məlum olub ki, mərkəzdə qeyri-standart elektrik və qaz avadanlıqlarının satışı aparılır, ticarət cərgələrinin giriş sahələri odadavamlılığı məlum olmayan materialla (alkopon üzlüklə) üzlənib, anbarlarda normadan artıq mallar yığılıb, ərazidə fəaliyyət göstərən kafelərdə propan qaz balonlarından istifadə olunur, tələb olunan sahələrdə ildırımötürücü qurğular quraşdırılmayıb, iaşə və müxtəlif təyinatlı obyektlərdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə məlumatlar ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların və yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin diqqətinə çatdırılıb.

Oxumağa dəyər:   Müdafiə naziri: "Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb"

FHN əməkdaşları tərəfindən, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Sonda sahibkarlara Xidmət tərəfindən yanğın təhlükəsizliyi haqqında hazırlanmış çap məhsulları təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO

Multimedia 05/12/2023 15:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son günlər mətbuatda bəzi həkimlərin sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi ilə bağlı məlumatlar paylaşılır. Bildirilir ki, sertifikasiya müddəti bitsə də, bir sıra həkimlər tibb müəssisələrində, xüsusən, özəl klinikalarda çalışır, xəstə qəbulu həyata keçirir və əməliyyatlar edirlər.

REAL TV mövzu ilə bağlı süjet hazırlayıb. Videomaterialda qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Lakin təəssüf ki, dövlətin qoyduğu tələblərə bəzi həkimlər əməl etmir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, bu problemlə bağlı davamlı olaraq monitorinqlər aparılır. Belə hallar həmin həkimlərin çalışdıqları müəssisə rəhbərliyi üçün də inzibati xəta doğrurur. Lakin bununla belə hər bir həkim sertifikasiyasız çalışmağın risk olduğunu bilməlidir: “Biz vətəndaşların sağlamlığı ilə bağlı məsuliyyət daşıdığımıza görə, hər bir həkim özlüyündə bilir ki, sertifikatsız çalışmaq risk faktorudur. Bu həmçinin orta tibb işçiləri üçün də keçərlidir. Qaydalara əsasən, xaricdə təhsil almış mütəxəssislərin də ixtisasını təsdiq etmək üçün müvafiq prosedurlardan keçməsi vacibdir. Əks halda, biz kifayət qədər yetərli tibbi təhsili olub-olmadığını müəyyən edə bilmədiyimiz, özünü müxtəlif istiqamətdə mütəxəssis kimi təqdim edən şəxslərlə üz-üzə qala bilərik”.

Oxumağa dəyər:   Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib

2015-ci ildən sertifikasiyadankənar fəaliyyət göstəridiyi iddia olunan həkimlərdən biri –  “Məlhəm” Klinikasında çalışan cərrah-oftalmoloq Aytən Sultanovadır. Onun sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçdiyi və bu müddətin 2020-ci ildə bitdiyi qeyd olunur. Həkimin sözügedən müddət də daxil olmaqla, müayinə və əməliyyatlar etdiyinə dair videolar sosial hesablarından mütəmadi olaraq paylaşılır.

A.Sultanova televiziyaya açıqlamasında sertifikasiyadan keçmədiyini təsdiqləyib. Lakin həkim bunu hazırda əməliyyat etməməsi, inzibati vəzifə tutması ilə əlaqələndirib: “2017-ci ildən inzibati vəzifədəyəm. Mən çalışdığım klinikada oftalmologiya bölməsinin rəhbəri yox, icraçı direktor müavini gedirəm. Hazırda əməliyyatlar həyata keçirmirəm. Nə vaxt qərara gəlsəm ki, əməliyyatları davam edim, müraciət edib sertifikasiyadan keçəcəyəm”.

Lakin araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, həkimin sosial şəbəkələrdəki paylaşımlarından sertifikasiya müddətinin bitməsindən sonra praktik fəaliyyətlə məşğul olmadığını söyləməsi həqiqətə uyğun deyil. Məsələn, 2023-cü ildə paylaşılmış bu postlarda həkimin Eksimer lazer əməliyyatı kampaniyalarından bəhs edilir və A.Sultanova həftənin 1-5-ci günləri qəbul günlərinin olduğunu yazır:

Oxumağa dəyər:   Rayonlarda 5 dərəcəyədək şaxta olub - Faktiki hava

Hazırda da bəzi fotolara yazılan şərhlər, o cümlədən bəzi videolar həkimin praktik fəaliyyətlə məşğul olduğunu sübut edir.

Qeyd edək ki, qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlərin praktik tibb və əczaçılıqla məşğul olunması faktı aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilməlidir.  

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qanunsuz tikililər söküldü – Video

Multimedia 05/12/2023 11:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Göygöl rayonunun Üçtəpə kəndi və Şəmkir rayonunun “Ceyrançöl” massivi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

 




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Multimedia 05/12/2023 05:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Əməkdar artist Nəcibə Behbudovanın məzarı dağılıb.

Bununla bağlı görüntülər “Baku TV”də yayılıb.

Məsələ ilə bağlı Yasamal Bələdiyyəsindən televiziyaya münasibət bildirilib. Qeyd olunub ki, qəbir güclü külək nəticəsində dağılıb:

“Güclü külək nəticəsində daş aşıb. Burada köhnə qəbirlər çoxdur, amma ilk dəfədir ki, belə hal baş verib”.

Bildirilib ki, Yasamal qəbiristanlığında dəfn olunan mərhumun baş daşı yenisi ilə əvəz olunacaq.

Qeyd edək ki, aktrisa 1999-cu ildə vəfat edib. O, müğənni Rəşid Behbudovun bacısıdır. Mərhumun ən sevilən obrazı “Bəyin oğurlanması” filmində canlandırdığı Bibixanımdır.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

Multimedia 04/12/2023 13:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN sosial şəbəkə səhifələrində Bakıda inşa edilən binada standartlara cavab verməyən materiallardan istifadə ilə bağlı iddialara cavab verib.

Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda inşası aparılan çoxmərtəbəli yaşayış binasının monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığının 10 sm və örtük tavasının alt və üst torlarına aid armaturların diametrinin 8 mm olması ilə bağlı iddialar təsdiqini tapmayıb:

“Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, 2036-cı məhəllədə qanunvericiliyin tələbləri gözlənilməklə “TRVEGE” MMC tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Ekspertiza Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında aparılır. Belə ki, həmin layihə sənədlərində monolit dəmir-beton mərtəbə örtüyünün qalınlığı 16 sm və örtük tavasının alt və üst torlarının armaturlarının diametri 10 mm göstərilib və tikinti işləri layihə sənədlərinə tam uyğun olaraq yerinə yetirilir. Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə əsasən, obyektə Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən bütün mərhələlər üzrə dövlət nəzarəti həyata keçirilir”.

Oxumağa dəyər:   Prezident Məhərrəm Əliyevi vəzifəsindən azad etdi - Başqa ölkəyə göndərdi

Həmçinin qeyd edilib ki, sosial şəbəkə səhifəsində məlum videonu paylaşan və sözügedən tikinti obyektində fəhlə kimi çalışan Elşən Eyvazov həmin videonu səhifəsində əlavə izləyici kütləsi qazanması və tikinti şirkəti ilə arasında gələcəkdə ehtimal etdiyi problemin qarşısının alınması məqsədilə qərəzli şəkildə hazırlayaraq yaydığını etiraf edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 10/12/2023 00:59

Moskvada küçələrdən birinə Heydər Əliyevin adının verilməsi təşəbbüsü müsbət qarşılanıb – VİDEO

Read more
Multimedia 09/12/2023 22:11

Qərbi Azərbaycan Xronikası: Ermənistanın şimalında sonuncu nöqtə – Ləmbəli kəndi – VİDEO

Read more
Multimedia 09/12/2023 21:14

İyirmi nəvə, iyirmi beş nəticə, iki kötücəli 99 yaşlı nənə… – Video

Read more
Multimedia 09/12/2023 05:29

8-ci kilometr bazarında bu məhsullarının satışı qadağan edildi – Video

Read more
Multimedia 08/12/2023 22:02

Cari ilin 11 ayı ərzində görülən işlərin statistikası “Açıq qapı”da – Fotolar+Video

Read more
Multimedia 06/12/2023 22:37

Qərbi Azərbaycan Xronikası: Xaricdən köçürülən ermənilər niyə Basarkeçərə yerləşdirilib? – VİDEO

Read more
Multimedia 06/12/2023 22:32

“Sanki mənsiz məni evləndirdilər” – Prezidentən maraqlı reaksiya+Video

Read more
Multimedia 06/12/2023 15:13

“Azərişıq” rəhbərliyi xarici şirkətlərin idarəçiləri ilə görüşdü – Video

Read more
Multimedia 06/12/2023 15:05

Bakı-Şamaxı yolunda “Mercedes” yandı – Video

Read more
Multimedia 06/12/2023 11:23

Şəhid atasının istəyi qış gəlmədən həll edildi – Video

Read more
Hadisə 06/12/2023 10:18

Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO

Read more
Hadisə 06/12/2023 10:15

Sədərək ticarət mərkəzində yanğınla bağlı təlim keçirilib – VİDEO

Read more
Multimedia 05/12/2023 15:47

Sertifikasiyadan keçmədən necə həkim işləyirlər? – VİDEO

Read more
Multimedia 05/12/2023 11:17

Qanunsuz tikililər söküldü – Video

Read more
Multimedia 05/12/2023 05:35

Nəcibə Behbudovanın qəbri niyə dağılıb? – Video

Read more
Multimedia 04/12/2023 13:37

Bakıda inşa olunan bina ilə bağlı yayılan videoya rəsmi – Münasibət

Read more
Multimedia 03/12/2023 18:23

“Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim” – Video

Read more
Multimedia 02/12/2023 23:53

Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – VİDEO

Read more
Multimedia 02/12/2023 12:17

Sənədsiz tikililər söküldü – Video

Read more
Multimedia 02/12/2023 10:59

Bakıda “07” yandı – Video

Read more
Multimedia 01/12/2023 15:26

Bu ərazidə içməli və tullantı su şəbəkələri yaradılır – Video

Read more
Hadisə 01/12/2023 14:02

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 30/11/2023 21:11

“Məktəblər bağlana bilər?” sualına – Nazirdən cavab – VİDEO

Read more
Multimedia 30/11/2023 13:50

DİN kibercinayətlərlə bağlı daha bir video yaydı

Read more
Multimedia 30/11/2023 00:53

Qaraheybətdə helikopter qəzasından 2 il ötür – VİDEO

Read more
Multimedia 29/11/2023 23:23

Bu yoldan keçənlər cərimələnəcək – Video

Read more
Multimedia 29/11/2023 22:09

Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı – VİDEO

Read more
Multimedia 29/11/2023 15:41

Əlahiddə Ümumqoşun Orduda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib – VİDEO

Read more
Multimedia 28/11/2023 23:25

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” – VİDEO

Read more
Multimedia 28/11/2023 10:29

Bu rayonlara qar yağdı – Video

Read more
Hadisə 28/11/2023 08:59

Güclü külək Bakıda bir sıra fəsadlar törədib – VİDEO

Read more
Multimedia 28/11/2023 04:50

Vətəndaşlığını təsdiq edən sənədi yoxdur, ailəsini görə bilmir – Video

Read more
Hadisə 26/11/2023 10:24

Şüvəlanda əl qumbarası və mərmilər aşkarlanıb – VİDEO

Read more
Multimedia 25/11/2023 11:02

Vilayət Eyvazov sıra baxışı keçirdi – Video

Read more
Multimedia 25/11/2023 10:42

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib – Video

Read more
Multimedia 25/11/2023 07:47

Liderlər Bakıdan belə yola salındı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla