Bakının Yasamal rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili hərəkətdə olarkən qarşıdan gələn yük avtomobili ilə toqquşub.

Hadisə zamanı minik avtomobilində olan sürücü, 2003-cü il təvəllüdlü Şirinov Elşad Zaur oğlu və sərnişin 2006-cı il təvəllüdlü Xəlilzadə Mirhəmzə Hacıağa oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

İstinadlar Report