
Paytaxtın Yasamal rayonunda yaşıllıq ərazinin qırılaraq yerində tikinti işlərinin həyata keçirilməsi ilə bağlı məlumat yayılıb. Ərazidə ağacların kəsildiyi, icra hakimiyyətin bu qanusuzluğa göz yumduğu bildirilir.
Yasamal Rayon İcra Hakimiyyəti yayılan iddialara aydınlıq gətirib. Qurumdan “Qafqazinfo”ya bildirilib ki, sözügedən məlumat həqiqəti əks etdirmir: “Bu gün bəzi kütləvi informasiya vasitələrində Yasamal rayonunda aparılan tikinti barədə iddialar həqiqəti əks etdirmir və təhrif edilib. Barəsində yazı gedən Həsən bəy Zərdabi prospekti, 65 ünvanında 99 saylı uşaq bağçası yerləşir. Hazırda 99 saylı uşaq bağçasında Elm və Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir-bərpa işləri aparılır”.