Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində dörd nəfər ölüb.

Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

“Yaroslavlda doqquzmərtəbəli binanın birinci mərtəbəsində mənzil yanıb. Rusiya FHN-in yanğınsöndürənləri yanğını söndürərkən 2 yetkin insanın meyitini aşkar ediblər. Üç yaşlı oğlan və qız otaqdan çıxarılıb. Təəssüf ki, onları xilas etmək mümkün olmayıb”, – qurumun teleqramdakı məlumatında deyilir.

İstinadlar Report