Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda erməni jurnalistin təxribat xarakterli sualını cavablandırıb.

Jurnalist nazirə Baş Nazir Nikol Paşinyanın Qondarma Dağlıq Qarabağ xalqı tərəfindən seçilmədiyi üçün onları təmsil edə bilməməsi haqda absurd sual ünvanlayıb.

Məmmədyarov isə cavabında belə bildirib: Bunu sizə yarım saatdır başa salıram… Bunlar hamısı öz konstitusiyanızı bilməməkdən irəli gəlir. 1990-cı ildən qüvvəyə minən konstitusiyanı oxumağı tövsiyə edirəm”.

Daha sonra həmin jurnalist yenə sual vermək istədikdə Azərbaycan XİN rəhbəri üzünü digər jurnalistə çevirərək Qarabağ məsələsi ilə bağlı suala şərh verib: “Başa düşmək lazımdır ki, biz belə yaşamağa davam edə bilmərik. Bax indi siz özünüzü aldatmaqla yanaşı, erməni xalqını da aldatmağa çalışırsınız. Sizdən soruşuram: “Erməni xalqı Azərbaycanla davam edən bu 30 illik müharibədən nə əldə edib?””.