Ötən gün bəkarətini 2,4 milyon dollara  satan azərbaycanlı modelin ilk dəfə yaponiyalı siyasətçi ilə yatacağı barədə məlumat vermişdik.

Onların ilk görüşü Almaniyadakı lüks otellərin birində baş tutacaq. 22 yaşlı Məhbubə Məmmədzadənin adı açıqlanmayan siyasətçi tərəfindən “icarəyə” götürüləcəyi qeyd olunub.

Belə ki, ilk intim münasibətdən sonra Məhbubə siyasətçi ilə sevgili olacaq, müqabilində isə aylıq 30 min fund-sterlinq “maaş” alacaq.

Məhbubəbin pul qazanmaq üçün belə yolu seçməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məhbubə məsələ ilə bağlı ilk dəfə açıqlama verib:

 

“”İcarəyə götürülmək fikrini bəyəndim. Əgər ki, o, mənim xərclərimi qarşılaya biləcəksə bu çox yaxşı ideyadır. 4 gözlə həmin günü gözləyirəm. Çox həyəcanlıyam. Ümid edirəm ki, ilk təcrübəm çox xoş keçəcək. Onunla indiyə qədər danışmasaq da, agentlikdən deyiblər ki, mənim seksual olduğumu düşünür”.

O, həmçinin bildirib ki, bəzi bəkarətini itirən qızlar onun paxıllığını çəkirlər və peşmandırlar.

Oxumağa dəyər:   Çində turistləri daşıyan avtobus yanıb

“Məncə qadınlar bəkarətlərinin qədrini bilməlidirlər. Bunu yalnız toy, ya da hansısa yüksək pul müqabilində itirmək olar”, – Məhbubə açıqlamasında deyib.

Qeyd edək ki, eskort səhifələrinin birində Mariya adı ilə qeydiyyatdan keçən Məhbubə səyahətə çıxmaq üçün bəkarətini satmaq istədiyini və anasının da buna narazılığının olmadığını söyləyib.

İstinadlar Milli.az