Yaponiyanın müdafiə naziri Minoru Kihara 2024-cü ilin iyulunda Böyük Britaniyaya səfər etməyi planlaşdırır.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda səfərlə bağlı müzakirələr aparılır. Nəşrin fikrincə, səfər Böyük Britaniyadakı seçkilərdən sonra baş tutmalıdır.
Ehtimal edilir ki, seçkilərdən sonra Mühafizəkarlar Partiyası ölkədə hakimiyyəti itirəcək. Nəticədə Yaponiya hökuməti ən qısa zamanda Britaniyanın yeni Nazirlər Kabineti ilə, xüsusən də müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində birbaşa əlaqələr qurmağı gözləyir.