Yaponiyada “H3” flaqman daşıyıcı raketinin ikinci buraxılışı həyata keçirilib.

Raket Kaqosima prefekturasının cənub-qərbindəki Taneqasima Peyk Atış Mərkəzindən buraxılıb.

Yaponiyanın “H3” flaqman daşıyıcı raketinin fevralın 15-nə planlaşdırılan ikinci buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.

Raketin komponentlərinin istehsalı və yığımını “Mitsubishi” şirkəti həyata keçirir. Onun uzunluğu 63 metr, diametri 5,2 metrdir. Raketin ən iri konfiqurasiyasının start çəkisi 574 tondur.

Qeyd edək ki, “H3″ün ötən ilin martındakı ilk buraxılış cəhdi ikinci mərhələ mühərrikinin işə düşməməsi səbəbindən uğursuz olmuşdu. Agentlik ötən müddətdə uğursuzluğun səbəbini araşdırıb və lazımi ölçülər götürüb.

İstinadlar Report