Yaponiyanın Baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın Baş naziri Şinzo Abe gələn ay ABŞ-a səfər edəcək. Daha sonra ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedəcək.

Bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtonda “2+2” formatındakı görüşün yekunlarına dair ABŞ dövlət katibi Maykl Pompeo və müdafiə nazirinin birinci müavini Patrik Şanahan, həmçinin Yaponiyanın müdafiə naziri Takeşi İvaya ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Nazir yeni imperatorun taxt-taca qalxmasından sonra ölkəyə rəsmi səfərə gələn ilk xarici qonağın da məhz Donald Tramp olacağını diqqətə çatdırıb.

İstinadlar Report

Yaponiyanın baş naziri ABŞ-a səfər edəcək

Yaponiyanın baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampla görüşmək üçün apreldə Vaşinqtona səfər edəcək.

Bu barədə yapon hökumətinin başçısı bildirib.

“Trampla telefon danışığımız olub. Apreldə ABŞ-a səfər edəcəm. Orada prezidentlə Şimali Koreya problemini müzakirə etmək istərdim”, – deyə Abe bildirib.

Bu halda o qeyd edib ki, Koreya Xalq Demokratik Respublikasının denuklarizasiyaya hazır olması ilə bağlı dəyişiklikləri qiymətləndirir.

Daha əvvəl Abe rəsmi Pxenyanın danışıqlara hazır olmasına baxmayaraq, Koreya Xalq Demokratik Respublikasına maksimal təzyiq təklifi ilə çıxış edib.

İstinadlar Report