Rusiyanın “Anqara” gəmisi Yaponiya dənizində, Honsyu adasındakı Toyama şəhərindən təxminən altı kilometr şimalda alovlanıb.

Bu barədə Rusiyanın Niiqatadakı Baş Konsulluğu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya vətəndaşlarından ibarət 25 ekipaj üzvünün hamısı yanan gəmidən sağ-salamat çıxarılıb.

İşlənmiş yapon avtomobilləri daşıyan “Anqara” gəmisi Fuşiki limanından Vladivostoka doğru üzürmüş.

İstinadlar Report