Yaponiyanın cənub-qərbində baş verən 6,6 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 9 nəfərə çatıb.

Bu barədə ölkənin Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 01.08-də Küsü sahillərində qeydə alınıb. Zəlzələ ocağı Hüqa Nada dənizinin dibində, 45 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Oita, Miyazaki, Koçi və Kumamoto prefekturalarında hiss olunub.

Xəsarət alanların beşi Oita, dördü Miyazaki sakinləridir.

İstinadlar Report