Yaponiyada yeni növ koronavirusa yoluxma hadisələrinin sayı ardıcıl dörd gündür ki, rekord həddi keçir. Son sutkada 12 342 nəfər COVID-19 infeksiyasına yoluxub

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Belə ki, çərşənbə günü 9 576, cümə axşamı 10 699, cümə günü isə 10 743 nəfər virusa yoluxub.

Son 24 saat ərzində paytaxt Tokioda da yoluxma rekord səviyyəyə qalxıb – 4 058 nəfər. Bu, gündəlik yoluxma sayına görə ən yüksək göstəricidir. Artıq üçüncü gündür ki, Tokioda fasiləsiz olaraq virusa yoluxanların sayı 3,8 min nəfəri ötür.

İstinadlar Report