Yaponiyada “Trami” qasırğası zamanı xəsarət alanların sayı artıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, təbii hadisə zamanı azı 47 nəfər yaralanıb. Onlardan 38-i Okinava adasında, 9-u isə Kaqosimada xəsarət alıb.

Qasırğa ilə əlaqədar yüzlərlə hava reysi ləğv edilib. Təbii hadisə nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub.

***22:53

Yaponiyanın cənubundakı Okinava prefekturasında tüğyan edən “Trami” qasırğası zamanı azı 22 nəfər xəsarət alıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Qasırğa ilə əlaqədar sabah Osakadakı beynəlxalq Kansay hava limanının iki eniş-uçuş zolağı bağlı olacaq. Sərnişinlərdən reyslər haqqında məlumatı hava şirkətinin saytından almaq xahiş edilib.

Qasırğa nəticəsində 200 mindən çox ev elektrik enerjisindən məhrum olub. Ölkənin 400-dən çox daxili təyyarə reysi ləğv edilib.

Daha əvvəl təbii hadisə nəticəsində 17 nəfərin xəsarət aldığı bildirilirdi.