Yaponiyada son sutka ərzində 455 nəfər koronavirusa yoluxub.

Məlumatı Yaponiyanın NHK telekanalı yayıb.

Bildirilib ki, bu rəqəm rekord sayılır. Çünki pandemya başlayandan ilk dəfədir yoluxanların sayı 400-ü keçir.

Yaponiyanın paytaxtı Tokioda son sutkada 144 nəfər virusa yoluxub.

Məlumata görə, “Diamond Princess” səyahət gəmisindəki sərnişinlər də daxil olmaqla, Yaponiya üzrə cəmi 5 565 nəfərin koronavirus daşıyıcısı olduğu müəyyən edilib. Gəmidəki 11 nəfər də daxil olmaqla, 113 ölüm faktı qeydə alınıb.

Yaponiyanın baş naziri Sindzo Abe Tokio, Osaka və daha 5 prefekturada mayın 6-dək fövqəladə vəziyyət rejimi elan edib.

İstinadlar Report