Yaponiyada restorana hücum edilib.

Bu barədə NHK telekanalı bildirib.

Məlumata görə, hadisə Tokionun Sindzyuku rayonunda baş verib. Belə ki, bıçaqla silahlanmış 4 nəfər restorana soxularaq üç nəfəri yaralayıblar. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Yaralılardan biri ağır xəsarət alıb. Hadisə zamanı daha 2 nəfər ciyərindən yaralanıb.

Polis hadisə ilə bağlı cinayət işi başlayıb.

İstinadlar Report