
Yaponiyanın Fukuoka prefekturasında dəmiryol keçidində qatar yük avtomobili ilə toqquşub.
Insident Yanaqava şəhərində qeydə alınıb.
Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır.
Yük maşınının sürücüsü qatarla toqquşmadan əvvəl nəqliyyat vasitəsini tərk etməyi bacarıb. Qatarda azı bir sərnişin yüngül xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Polis hadisənin səbəbini araşdırır.