Yaponiyanın paytaxtı Tokio istiqamətinə yaxınlaşan “Meari” qasırğası səbəbindən Şizuoka sahil prefekturasında 72 mindən çox insan təxliyə edilib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hökumətinin qiymətləndirməsinə görə, bu, mümkün beş təhlükə səviyyəsindən dördüncüsüdür. Bu səbəbdən səlahiyyətli şəxslər sakinlərin təxliyəsinə dair göstəriş verib.

İstinadlar Report