Yaponiyada parlamentin Yuxarı palatasına seçkilər başlayıb.

Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 07:00-də açılıb və 20:00-də bağlanacaq.

Bu il 14 milyon yerli sakin vaxtından əvvəl səs verib. Bu da 2016-cı ildə, Yurarı palataya son seçkilərdəki səslərlə müqayisədə 7% çoxdur.

Üç ildən bir keçirilən seçkilərdə namizədlər 245 yerdən 124-ü uğrunda mübarizə aparacaqlar. Çoxsaylı ictimai rəy sorğularının nəticələrinə görə, Yaponiyada baş nazir Sindzo Abenin başçılıq etdiyi Liberal Demokrat Partiyası və onun ən yaxın müttəfiqinin rəhbəri olduğu – “Komeyto” Partiyası Yuxarı Palatada yerlərin əksəriyyətini tutacaqlar.

İstinadlar Report