Leysan yağışlar Yaponiyada 110 mindən çox insanın təxliyyə edilməsinə səbəb olub.

Pis havaya görə aviareyslər ləğv edilib.

Təbii hadisədən xüsusilə ölkənin cənub-qərb əraziləri zərər çəkib. Leysan yağışlara “Danas” tufanı səbəb olub.

Hakimiyyət orqanları daha 245 min insana təxliyyəyə hazırlaşmağı tövsiyə edib.

Qeyd edilir ki, Küsü, Honsü adalarının sakinləri təbii hadisədən zərər çəkiblər.

Sinoptiklər isə bildirirlər ki, uzunsürən leysan yağışlar torpaq sürüşmələri və çay daşqınları riskini artırır.

İstinadlar Report