Yaponiyanın qərb və cənub bölgələrində güclü yağışlara görə təxminən 1,5 milyon evin sakinlərinə təxliyə çağırışı edilib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi açıqlama yayıb.

Qurum Kyuşu, Şikoku və Honşu bölgələrində torpaq sürüşmələrinin baş verə biləcəyi ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Baş nazir Suğa Yoşihide təbii fəlakət bölgəsində görüləcək tədbirləri müzakirə etmək üçün hökumətin təcili toplantısını keçirib.

Nazirlər Kabinetinin iclasından sonra Niiqata, Toyama, Gifu, Ehime, Fukuoka, Saqa, Naqasaki, Xirosima, Kumamoto, Oita və Kaqoşima əyalətlərində dövlətin uyğun qurumlarına bir milyon 560 min evin sakininin təxliyəsi barədə xəbərdarlıq edilib.

İstinadlar Report