Yaponiyanın Hərbi Hava Qüvvələrində kosmik əməliyyatların yerinə yetirilməsi üçün qrup yaradılacaq. Yeni hərbi bölmə 2020-ci ilin yazında fəaliyyətə başlayacaq.

Yaradılması üçün 450 milyon dolların sərf ediləcəyi qrupun tərkibi 20 nəfərdən ibarət olacaq.

Bölmənin əsas vəzifəsi Çin və Rusiya peyklərinin izlənilməsi olacaq. Həmçinin qrup Yaponiyanın hərbi kosmik texnologiyalarının hazırlanmasına nəzarəti həyata keçirəcək, eləcə də kosmik tullantıların hərəkət trayektoriyasının təhlilini aparacaq. Bundan əlavə, qrup peyklərlə rabitə əlaqəsi yaratmaq və radiorabitədə maneələri aradan qaldırmaqla məşğul olacaq.

Qeyd edək ki, bu yaxınlarda Böyük Britaniyada oxşar hərbi bölmə yaradılıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Böyük Britaniyanın bütün kosmik qüvvə və proqramlarını birləşdirəcək. Onların sırasına peyklərdən ballistik raketlərin aşkarlanması sistemi, “GNSS” (GPS sisteminin analoqu) qlobal naviqasiya sistemi və hazırda işlənilən digər proqramlar daxildir.

Nizam Nuriyev

İstinadlar ict news