Yaponiyanın Fukusima prefekturasında yerləşən İvaki şəhərində kimyəvi zavodda partlayış olub.

Hadisə nəticəsində azı 4 nəfər yaralanıb.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. İnsident yerinə yanğınsöndürənlər və polis gəlib.

Zavod “Sakai Chemical Industry” şirkətinə məxsusdur. Orada kosmetika sənayesi üçün sink tozu istehsal edirlər.

İstinadlar Qafqazinfo