Yaponiyanın Sakit okean sahillərində yük və balıqçı gəmiləri toqquşub.

Məlumata görə, qəza şənbə gününə keçən gecə İbaraki prefekturasının Kaşima limanında baş verib.

Dəniz Təhlükəsizliyi İdarəsi bildirib ki, “№5 Fudomaru” balıqçı gəmisi toqquşmadan sonra çevrilib və 12 nəfər suya düşüb. Onların hamısı xilas edilib.

Toqquşma zamanı beş nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb. Qeyd edilir ki, xəsarət alanlardan biri xəstəxanada ölüb.

İstinadlar Report