Yaponiyada hökumətin yeni tərkibinin formalaşdırılması çərçivəsində 13 nazirliyin, o cümlədən Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbəri dəyişib.

Məlumata görə, Yaponiyanın İqtisadiyyatın bərpası üzrə sabiq naziri Tosimitsu Moteqi yeni Xarici İşlər naziri olub, XİN başçısı vəzifəsini tutan Taro Kono isə Müdafiə naziri təyin edilib.

Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra yalnız iki siyasətçi – Suqa və Maliyyə naziri Taro Aso vəzifəsini qoruyub.

Daha əvvəl Yaponiya hökumətinin tam heyətlə istefaya getdiyi bildirilmişdi.

İstinadlar Report