Yaponiyada “Haqibis” qasırğası nəticəsində azı 4 nəfər ölüb.

Son məlumatlara əsasən, ölkədə həmçinin zərərçəkənlərin də sayı artıb. Qeyd edilir ki, təbii hadisə zamanı Yaponiyada 100-dən çox insan müxtəlif xəsarətlər alıb. Təbii hadisə zamanı eləcə də daha 17 nəfər itkin düşüb.

Hazırda Yaponiyanın xilasetmə xidmətləri qasırğadan və onun səbəb olduğu daşqınlardan zərər çəkmiş insanların xilas olunması əməliyyatlarını davam etdirir.

İstinadlar Report