Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) siyasətini rəy sorğusunda iştirak edənlərin 19 faizi dəstəkləyib.
Bu göstərici 2001-ci ilin aprelindən ilk dəfə olaraq 20 faizdən aşağı düşüb.
May ayında keçirilən əvvəlki sorğu zamanı respondentlərin 24 faizi LDP-ni dəstəkləyib.
Sorğuda iştirak edənlərin 64 faizi Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hazırkı Yaponiya hökumətinin siyasətini bəyənmədiyini bildirib. Əvvəlki sorğuda bu rəqəm 62 faiz idi.