Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) reytinqi siyasi ianələrin toplanmasında pozuntularla bağlı qalmaqal fonunda 2012-ci ildən bəri ən aşağı səviyyəyə – 25 %-ə düşüb.

Bunu “Nikkei” qəzetinin fevralın 23-dən 25-dək keçirdiyi sorğunun nəticələri sübut edir.

LDP-yə dəstək yanvardakı sorğudan 2 faiz aşağıdır. Hakim partiyanın hazırkı reytinqi 2012-ci ildən, yəni LDP-nin Demokrat Partiyasının hakimiyyətdə olduğu qısa müddətdən sonra öz mövqeyini bərpa etdiyi vaxtdan ən aşağı reytinqdir. Baş nazir Fumio Kisidanın rəhbərlik etdiyi hökumətin reytinqi də yanvar ayı ilə müqayisədə 2 faiz bəndi azalaraq 25 %-ə düşüb.

“Nikkei”nin sorğusunun nəticələrinə görə Yaponiyada ikinci ən populyar, dəstək səviyyəsi son bir ayda 1 faiz bəndi artaraq 9 %-ə yüksələn aparıcı müxalifətdə olan Konstitusiya Demokratik Partiyası olub. Daha sonra 8 % ilə getdikcə populyarlaşan Yaponiya Yeniləmə Cəmiyyəti gəlir. 867 nəfərin iştirak etdiyi sorğu iştirakçılarının 36%-i heç bir partiyanı dəstəkləmir.

Qeyd edək ki, Yaponiyada hakim partiya ilə bağlı səs-küylü qalmaqal 2023-cü ilin sonunda başlayıb.

İstinadlar Report