
Yaponiyanın Honsü adasının sahilində 5,5 maqnitudalı zəlzələ olub.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 70 km dərinlikdə yerləşib. Yeraltı təkanlar təkcə Honsü adasındakı Aomori, Akita və İvate prefekturalarında deyil, şimaldakı Hokkaydo adasında da hiss olunub.
Sunami təhlükəsi yoxdur. Dağıntılar barədə hələlik məlumat verilməyib.