Yaponiyanın “JR East” dəmir yolu şirkəti 400 km/saat sürətlə hərəkət edən “Alfa-X” sərnişin qatarının sınaqlarına başlayıb. Bu barədə “East Japan Railway Co” (JR East) şirkətinin məlumatında deyilir.

Mayın 10-da on vaqondan ibarət ilk eksperimental “Alfa-X” qatarı Aomori-Senday marşrutu üzrə hərəkətə başlayıb. Sınaqların ilkin mərhələsi 3 il davam edəcək, qatarın tam istismara verilməsi isə 2030-cu ilə planlaşdırılır.

Bildirilir ki, “Alfa-X” qatarının xarakterik xüsusiyyəti tunelə daxil olan zaman küləyin müqavimətinin qarşısını almağa imkan verən 22 metrlik müqavimət sipəridir. Yaponiya mütəxəssislərinin fikrincə, “Alfa-X” sərnişinləri təxminən 360 km/saat sürətlə daşıyacaq ki, bu da onu Çinin Pekin və Şanxay şəhərləri arasında 350 km/saat sürətlə hərəkət edən “Fuxing Hao” qatarından daha sürətli edəcək.

Qeyd edək ki, martda Çinin Çjetsyan əyalətində Xançjou-Tsyuyçjou yüksəksürətli dəmir yolu magistralının tikintisinə başlanılıb. Yüksəksürətli qatarların yeni magistralda 350 km/saat sürətlə hərəkət edəcəkləri planlaşdırılır.

Oxumağa dəyər:   Bu yay Xəzərdə məhv olan həyatlar - Fotolar

Nizam Nuriyev

İstinadlar ict news