Yaponiyada operator “Tohoku Electric Power”, oktyabrın 29-da yenidən işə salınan Miyaqi prefekturasındakı “Onaqava” Atom Elektrik Stansiyasının ikinci enerji blokunu bağlamaq qərarına gəlib.
Stansiya noyabrın 3-də elektrik enerjisinin istehsalına başlamağı planlaşdırsa da, avadanlıqlarda problem yarandığından prosesə heç vaxt start verilməyib. Nəticədə güc bloku əlavə yoxlama üçün bağlanacaq.