
Yaponiyada 600 il əvvəl tikilən Süri qalası yanıb.
Hadisə oktyabrın 30-dan 31-nə keçən gecə baş verib.
Yanğının qalanın əsas bölməsindən başladığı ehtmal edilir. Qala tamamilə yanaraq kül olub. Hadisənin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, Süri qalasının tikildiyi dəqiq tarix bilinmir. Onun Sanzan dövründə (1322-1429-cu illər) inşa olunduğu ehtimal edilir.
UNESKO bu tarixi abidəni dünyanın mədəni irsi siyahısına daxil etmişdi.