Müasir smartfonların özəlliyi böyük ekrana malik olmalarıdır, amma bəzi istehsalçılar trendlərə uyğun gəlməyən yeni modellər çıxarmağa davam edirlər. Yaponiyanın “Rakuten Mobile” şirkəti “Rakuten Mini” adlı yığcam model təqdim edib.

Kiçikölçülü cihaz 1280×720 piksel təsvir ölçülü 3,6 düym diaqonallı ekranla təchiz edilib. Modelin korpusunun ölçüləri 106,2×53,4×8,6 mm, smartfonun çəkisi 79 qr-dır. Yeni model “Qualcomm Snapdragon 439” prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşa malikdir.

Aparat 1250 milliamper/saat tutumlu akkumulyator, 16 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Model SİM kart üçün ənənəvi slotla təchiz edilməyib, istehsalçı “eSIM” çipindən istifadə edib.

Qara, ağ və qırmızı rəngli korpuslarda əlçatan olan “Rakuten Mini” smartfonu artıq Yaponiya ərazisində 199 dollara satışa çıxarılıb.

Emil Hüseynov

İstinadlar ict news