
Yaponiya NATO üzvləri ilə birlikdə martın 14-15-də Fransada keçiriləcək və kosmosda təhlükələrə qarşı mübarizəyə həsr olunacaq “AsterX 2024” təlimində iştirak edəcək.
Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Təlimlərdə Yaponiya ilə yanaşı, Asiya regionunu Cənubi Koreya təmsil edəcək. Yaponiya artıq 2022-ci ildən təlimlərdə müşahidəçi statusuna malikdir, lakin bu dəfə özünümüdafiə qüvvələrinin iki nümayəndəsi tədbirin birbaşa iştirakçısı olacaq.
Fransa Aerokosmik Komandanlığının sözlərinə görə, ssenari “kosmik müharibənin bütün spektrini əhatə edən cari və gələcək təhlükələrdən ilhamlanıb”. Xüsusilə, iştirakçıların qarşı çıxmalı olduğu təhdidlər siyahısına peyk əleyhinə silahlar, o cümlədən istiqamətləndirilmiş enerji silahları, xarici peyklərdən görüş manevrləri, kiberhücumlar daxildir.
Təlim Tuluzada yerləşən Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzində baş tutacaq. Orada həm hərbi, həm mülki olmaqla 140 iştirakçı, həmçinin 30 xarici müşahidəçi toplanacaq.