Tokio və Seul hökumətləri 2018-ci ilin dekabrında Cənubi Koreyanın Hərbi Dəniz Donanması gəmisinin Yaponiyanın patrul təyyarəsini radarla ələ keçirdiyi hadisədən sonra iki ölkənin hərbçiləri arasında dayandırılmış mübadiləni bərpa etmək niyyətindədirlər.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər mayın 31-dən iyunun 2-dək Sinqapurda keçiriləcək Asiyada təhlükəsizlik konfransı zamanı iki ölkənin müdafiə nazirlərinin görüşünün təşkili üçün razılıq əldə ediblər. Bunun üçün tərəflər 2018-ci ildə baş verənlər kimi gələcək hadisələrin qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında sənəd hazırlaya bilərlər.

İstinadlar Report