Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım formasında 470 milyon dollar ayırmağa qərar verib.

Bunu Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik”, – hökumət başçısı bildirib.

Yaponiya lideri Kiyevə martın 21-də gedib. O, Ukraynaya Yeddilik Qrupu liderlərindən sonuncusu olaraq səfər edib.

İstinadlar Report